Hüquq
10.07.2018 / 16:01

Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

İnform.az Penitensiar xidmətin İctimaiyətlə əlaqələr şöbəsinin məlumatına istinadən bildirir ki, Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hətəmov Elşən Qabil oğlunun yanına uzunmüddətli görüşə gələn oğlu Cəlilabad rayon sakini Hətəmov elvin Elşən oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman gətirdiyi əşyaların içərisində sellofan kisədə kiçik xalçaya bükülərək gizlədilən 1 ədəd qara rəngli "General Mobile" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Toplanan sənədlər və maddi sübut Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

İnform.az

Baxış sayı: 23