Komitə sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib- Zaqatalada

Bu barədə İnform.az-a ƏMDK-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda deyilir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Zaqatala rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək 28 iyul 2018-ci il tarixinə keçirilib.
Vətəndaş qəbulu saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)
Əmlak Məsələləri Dövlət Komitəsinin 17 saylı ərazi şöbəsi:
(02422) 5-22-52
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ərazi idarəsi:
(02429) 5-21-73
İnform.az
Baxış sayı: 279

Digər xəbərlər:

Kərəm Həsənovun İsmayıllıda vətəndaşların qəbulu gününün tarixi dəyişib
01 iyun / 14:35
Səfər Mehdiyev vətəndaşları qəbul edəcək-
25 may / 11:45
Memorandum imzalanacaq-
16 may / 14:15
Aydın Əliyevin vətəndaşlarla növbəti görüşü keçiriləcək
26 mart / 12:11
DGK-nin sədri vətəndaşları qəbul edəcək
22 fevral / 10:58
Baş prokuror Zakir Qaralov Beyləqanda vətəndaş qəbulu keçirəcək
12 aprel / 11:12
Aydın Əliyevin Qobustan sakinləri ilə görüş tarixi dəyişdi
24 may / 22:05
Aydın Əliyev qəbul vaxtını dəyişdi
27 fevral / 12:17
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 oktyabr / 20:01
Aydın Əliyev vətəndaşları dinləyəcək
18 sentyabr / 15:29