Maqazin
10.07.2018 / 15:14

"O videonu paylaşmağı dayandırın!"- Cəlildən çağırış

 "O videonu paylaşmağı dayandırın!"-
"Əgər mənim bu addımım sizə pis təsir edibsə, xahiş edirəm, həmin videonu tirajlamağı, Yutub kanallarınıza yükləməyi dayandırın, paylaşdıqlarınızı silin."

İnform.az kult.az-a istinadən xəbər verir ki, bu sözləri gənc yazar Cəlil Cavanşir bir neçə gün bundan əvvəl intihar cəhdi ilə bağlı yazılanlara reaksiyasında qeyd edib. O, başına gələnlərlə bağlı heç kimin günahı olmadığını bildirib:

“Baş verənlərlə bağlı versiyalar uyduranlara bildirmək istəyirəm ki, bu hadisəyə görə heç kəsi qınamasınlar. Xüsusilə dostum, millət vəkili Aqil Abbası qınayanları başa düşə bilmirəm. Aqil müəllim mənim digər dostlarım kimi hər zaman qayğıma qalan, diqqət edən bir insandır. Bu hadisə zamanı da hər şeyi sona qədər nəzarətdə saxlayıb, ən çətin günlərimdə əlini kürəyimdə hiss etmişəm.

Bu məsələdə bircə günahkar var, o da mənəm. Söymək ehtiyacı hiss edirsinizsə, məni söyün, məni təhqir edin, məni qınayın. Günahkar mənəm. Hətta tam səmimiyyətimlə və vicdan rahatlığı ilə deyirəm, heç bir qadının da bu işdə günahı yoxdur.

Bir daha deyirəm, ağır depressiya və affekt halında atılan addımdır. Buna görə kimisə qınamaq ədalətsizlik olar. Rica edirəm, belə etməyin. Nə qədər uzaq qalmağa çalışsam da, yazılanlar gəlib mənə çatır. İnformasiyadan qaça bilmirəm. Heç kəsi günahlandırmıram, siz də etməyin”.

Qeyd edək ki, Cəlil Cavanşir bir neçə gün bundan əvvəl Feysbukda canlı yayım açaraq intihara cəhd etmişdi.

İnform.az

Baxış sayı: 18