Elm-təhsil
10.07.2018 / 14:35

AMEA magistrantlarının sosial müdafiəsi gücləndirilir

AMEA magistrantlarının sosial müdafiəsi gücləndirilir
“AMEA-da magistrantların sosial müdafiəsinin gücləndi¬rilməsi istiqamətində əhəmiyyətli işlər görülür”.

AMEA RH İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, bu sözləri akademik Akif Əlizadə AMEA-nın magistrlərinin “Məzun günü” ilə bağlı keçirilən tədbiridə deyib.

AMEA rəhbəri qeyd edib ki, Akademiyanın bütün magistrantları işlə təmin olunur, eyni zamanda qrant layihələrinə cəlb olunurlar.

Magistrantlar arasında müxtəlif intellekt müsabiqələri təşkil olunur.

Onların asudə vaxtlarının dəyərləndirilməsi və potensiallarının üzə çıxarılması üçün seminar xarakterli görüşlər keçirilir.

Magistrantlara startaplara qoşulmaq, startapların tapılması və hazırlanması yolları təbliğ edilir, həmçinin elmdə şəbəkələşmə məqsədilə xaricdə təhsil alan gənclərlə görüşlər təşkil edilir.

İnform.az

Baxış sayı: 39