Baş xəbər, Sosial
10.07.2018 / 14:12

Bu günlərdə özünüzü günəş şüasından QORUYUN!- 11-12 iyulda

Bu günlərdə özünüzü günəş şüasından QORUYUN!-
Bakıda və Abşeron yarımadasında iyulun 11-12-dəhavanın maksimal temperaturunun 35-40 dərəcə olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnform.az-a verilən məlumata görə, anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik.

Azərbaycanın rayonlarında iyulun 11-dən və iyulun 13-dəkhava şəraitinin anomal isti keçəcəyi, havanın maksimal temperaturunun 35-40, Naxçıvan MR-sı və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 41-43, dağlıq rayonlarda 28-33 dərəcəyədək yüksələcəyi gözlənilir.

İnform.az

Baxış sayı: 18