Hüquq
10.07.2018 / 12:05

Gömrükçülər mobil telefonlar və aksesuarlar aşkar ediblər

Gömrükçülər mobil telefonlar və aksesuarlar aşkar ediblər
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

İnform.az DGK-nin Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, baxış zamanı, avtomobilin gizli saxlanc yerlərindən 70 ədəd müxtəlif markalı mobil telefonlar və aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


İnform.az

Baxış sayı: 17