Hüquq
10.07.2018 / 12:19

Qətli törədən şəxs saxlanılıb

Qətli törədən şəxs saxlanılıb
İyulun 8-də Qusar rayonunun Gedəzeyxur kəndi ərazisində şəhər sakini İlham Qədirovun qətlə yetirilməsi faktı ilə əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, istintaq və əməliyyat-axtarış tədbirləri ilə İ.Qədirovun həmkəndlisi Səlim Mirzəbəyov tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə S.Mirzəbəyov saxlanılaraq istintaqa təhvil verilib.

İnform.az

Baxış sayı: 16