Elm-təhsil
10.07.2018 / 11:53

26 peşəkar ekspertin araşdırması “UNEC Ekspert”də

26 peşəkar ekspertin araşdırması
Azərbaycan Dövlət İqtisad Universitetinin təsis etdiyi “UNEC Ekspert” jurnalının növbəti buraxılışı işıq üzü görüb.

Bu barədə İnform.az-a UNEC-in Marketinq və Kommunikasıya Departamentindən məlumat verilib.

Məlumata görə, jurnalın budəfəki sayında UNEC-in 26 peşəkar iqtisadçı ekspertinin bilik iqtisadiyyatı, sosial biznes, vergilər və beynəlxalq ticarətlə bağlı araşdırmalarına geniş yer verilib.

Oxucular “UNEC Ekspert”də qlobal informasiya cəmiyyətinin əsasını təşkil edən bilik iqtisadiyyatı, onun maddiləşməsi prosesi, gələcəyin əmək bazarı, o cümlədən bilik iqtisadiyyatı üzrə ölkələrin reytinqi ilə tanış ola biləcəklər.

Jurnalda vergi yükünün optimallaşdırılması, vergi ödəmə mədəniyyətinin formalaşması problemləri, vergiqoyma, kriptoiqtisadiyyat və vergi amnistiyasında dünya təcrübəsi geniş təhlil edilərək oxucuların diqqətinə çatdırılıb. Eyni zamanda dayanıqlı inkişaf, inklüziv təhsil, sosial biznesə dəstək, sosial biznes startapları ekspert araşdırmalarında öz əksini tapıb.

“UNEC Ekspert”in e-versiyasını buradan oxuya bilərsiniz:

http://unec.edu.az/application/uploads/2015/02/unecekspert5.pdf

İnform.az

Baxış sayı: 62