Hüquq
10.07.2018 / 11:48

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
İyulun 9-da saat 21 rarədlərində Şabran şəhər sakini Rəşid Əhmədov xəsarətlə xəstəxanaya yerləşdirilib.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində şəhər sakini Ağayəhya Abbasovun münaqişə zəminində ona bıçaqla xəsarət yetirdiyi müəyyən edilib.

Həkimlərin səyinə baxmayaraq R.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.

Görülmüş tədbirlərlə A.Abbasov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.


İnform.az

Baxış sayı: 25