Hüquq
10.07.2018 / 11:32

Axtarışda olan şəxs saxlanılıb

Axtarışda olan şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində cari ilin aprel ayında barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.1-ci maddələri ilə axtarış elan olunmuş Fizuli İbişov saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan İnform.az-a verilən məlumata görə, aparılan araşdırmalarla onun 2018-ci ilin yanvar ayında həmkəndlisi, rayonun Mikayıllı kənd sakini Ruslan Məmmədova “Kalaşnikov” markalı avtomat satdığı müəyyən edilib.

Fizuli İbişovun rayonun Mikayıllı kəndində yerləşən yaşayış evinin həyətindəki yardımçı tikiliyə keçirilən baxış zamanı orada qanunsuz olaraq satış məqsədilə saxladığı 4 kiloqram 160 qramdan artıq narkotik vasitə olan heroin, 6 kiloqram 700 qramdan artıq həşiş qətranı, 5 ədəd avtomat patronu aşkar edilərək götürülüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Fizuli İbişov Bakı şəhəri ərazisində tutularaq Cəlilabad RPŞ-nin istintaq bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

İnform.az

Baxış sayı: 15