Hüquq
10.07.2018 / 10:40

57 baş qoyun yol qəzası nəticəsində tələf olub

57 baş qoyun yol qəzası nəticəsində tələf olub
İyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində - Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, nəticədə A.Quliyev xəstəxanaya yerləşdirilib, 57 baş qoyun isə tələf olub.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

İnform.az

Baxış sayı: 16