Hərbi
10.07.2018 / 07:30

Novxanıda mina tapılıb- FOTO

Novxanıda mina tapılıb-
10 iyul tarixində saat 00:13-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Abşeron rayonu, Novxanı kəndi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.

ANAMA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Abşeron rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə "Aqua Park" istirahət mərkəzinin dəniz sahili ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd əleyhqazın hava təmizləyicisi aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əleyhqazın hava təmizləyicisinin tapıldığı yerin ətrafında 2 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Novxanıda mina tapılıb-


Novxanıda mina tapılıb-


Novxanıda mina tapılıb-




İnform.az

Baxış sayı: 13