İdman
10.07.2018 / 02:40

“Real”-da Ronaldonu kim əvəz edəcək?

“Real”-da Ronaldonu kim əvəz edəcək?
Madrid “Real”ı klubdan gedəcəyi təqdirdə Kriştianu Ronaldonu əvəzləyəcək futbolçuların siyahısını müəyyənləşdirib.

İnform.az oxu.az-ın verdiyi xəbərə istinadən bildirir ki, siyahıya PSJ-nin şərəfini qoruyan Neymar başçılıq edir, ikinci isə onun komanda yoldaşı Kilian Mbappedir. Üçüncü yerdə “Çelsi”nin hücumameyilli yarımmüdafiəçisi Eden Azardır.

Lakin PSJ-nin hər iki forvardının müqaviləsində onların dəqiq satış qiymətii göstərilməyib. Buna görə də “Real” üçün Neymar və ya Mbappenin transferini həyata keçirmək çətinliklərlə üzləşə bilər.

İnform.az

Baxış sayı: 15