Dünya
09.07.2018 / 10:05

" Rusiyaya qarşı birləşək..."- Poroşenko Polşaya səsləndə

" Rusiyaya qarşı birləşək..."-
"Polşa və Ukrayna üçüncü ölkəyə qarşı dostluq əlaqələrini möhkəmləndirməlidir."

İnform.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Polşada səfərdə olan Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.

“Ukrayna və Polşa dost olmalıdırlar ki, digər ölkə onlara qalib gələ bilməsin. 3-cü tərəf bizə qalib gəlmək üçün fürsət gözləyir”, - deyə Ukrayna lideri bildirib.

Qeyd edək ki, Poroşenko 3-cü tərəf kimi qeyd etdiyi ölkənin adını deməsə də, onun Rusiyanı nəzərdə tutduğu şübhəsizdir.

İnform.az

Baxış sayı: 16