Dünya
09.07.2018 / 09:15

Rəqs etdiyi üçün zindana atıldı- VİDEO

Rəqs etdiyi üçün zindana atıldı-
İranda Instagram sosial şəbəkəsində 40 mindən çox izləyicisi olan yeniyetmə qız səhifəsində rəqs videolarını paylaşdığına görə həbs edilib.

İnform.az teleqraf.com-a istinadən xəbər verir ki, dövlət televiziyasında nümayiş etdirilən video görüntülərdə gənc qız Maedeh Hocabri əxlaqi normaları pozduğunu etiraf edib.

Videoda eyni ittihamların irəli sürüldüyü bir neçə başqa şəxs də göstərilib.

İranın dövlət televiziyasında bu kimi etirafların yayımlanması adi haldır. Hüquq müdafiəçiləri bu etirafların təzyiq altında edildiyini bildirir.

İranda İslam qanunlarına görə ictimaiyyət içərisində rəqs etmək qadağandır.

Verilən bəzi məlumatlara əsasən Maedeh Hocabri zəmanətə buraxılıb.

İran polisi milyonlarla iranlının istifadə etdiyi Instagram səhifəsində bu kimi başqa hesabların da bağlanmasını planlaşdırdığını bildirib.

Maedeh Hocabri Instagram səhifəsində Qərb pop və rep musiqisinin müşayiəti ilə rəqs etdiyini göstərən onlarla foto və video yerləşdirib. Həmin foto və videolarda o, saç və bədənin örtülməsini tələb edən İslam geyim qaydalarına riayət etməyib.

Facebook, Twitter və başqa sosial şəbəkələr İranda blok edilib, lakin gənclər anti-filtr vasitələri ilə bu səhifələrdən istifadə edirlər.



İnform.az

Baxış sayı: 1062