Diaspora Akademiyası, Mədəniyyət
07.07.2018 / 09:00

Samir Abbasov “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib

Samir Abbasov “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru “fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib.

Bu barədə İnform.az-a Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan və Azərbaycan arasında mədəniyyət əlaqələrinin genişlənməsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib.

İnform.az

Baxış sayı: 22