Baş xəbər, Sosial
06.07.2018 / 18:13

Bu yollarda rənglənmə işləri aparılır- SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

Bu yollarda rənglənmə işləri aparılır-
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Sumqayıt-Bakı yolu, Azpetrol dairəsindən Saray postuna kimi, axşam saat 23:00-dan səhər saatlarınadək isə Ziya Bünyadov prospektində (Çermet körpüsündən Koroğlu yol qovşağına kimi) üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə işləri aparılacaq.

İnform.az-ın xəbərinə görə, bu barədə AAYDA və BNA-nın birgə məlumatında deyilir.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

İnform.az

Baxış sayı: 20