Elm-təhsil
06.07.2018 / 15:20

Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib- FOTO

Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib-
İyulun 6-da Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsinin növbəti ümumi yığıncağı keçirilib.

AMEA RH İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyatı məsələlər üzrə dəvət olunmuş əməkdaşlar iştirak ediblər.

Akademik Əhliman Əmiraslanov iclası giriş sözü ilə açaraq gündəlikdə yer alan məsələlər haqqında məlumat verib. Sonra elmi-təşkilati məsələlərə baxılıb.

İlk olaraq bölmənin akademik-katibi müavinlərinin və büro üzvlərinin seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, AMEA-nın müxbir üzvləri Zeynal Əkpərov və Nuru Bayramov akademik-katibin müavinləri seçiliblər, həmçinin büronun yeni tərkibi müəyyənləşib. Bölmə nəticələrin təsdiqi üçün AMEA Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.

Digər qərarlarla Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Cənubi Koreyanın Seul Universiteti ilə müştərək beynəlxalq laboratoriyanın və akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda İmmunofiziologiya və eksperimental transplantologiya laboratoriyasının yaradılması, Botanika İnstitutunun isə Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Tədbirdə AMEA-nın müxbir üzvü Vaqif Novruzovun 75 illik, aqrar elmlər üzrə elmlər doktoru Mustafa Mustafayevin 60 illik yubileylərinin keçirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.

İclasda Mərkəzi Nəbatat Bağının baş elmi işçisi, biologiya üzrə elmlər doktoru, professor Arif Bayramov, Mərkəzi Nəbatat Bağının laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərov yubileyləri ilə bağlı bölmənin Fəxri Fərmanları ilə təltif olunublar.

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun 50 illiyi ilə əlaqədar institutun bir sıra əməkdaşına da bölmənin Fəxri Fərmanları təqdim edilib.

Sonda bir sıra ezamiyyə və kadr məsələlərinə baxılıb.

Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib-


Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib-


Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib-


İnform.az




Baxış sayı: 23