Sosial
06.07.2018 / 14:15

Yardımlı rayonunda baş vermiş yanğın lokallaşdırılıb- FOTO

Yardımlı rayonunda baş vermiş yanğın lokallaşdırılıb-
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu sahəsində baş verən yanğının söndürülməsinə cəlb olunan Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yerli icra hakimiyyəti nümayəndələrinin və rayon sakininlərinin fədakarlığı nəticəsində iyulun 06-da yanğın lokallaşdırılıb, eyni zamanda bir neçə ərazilərdə tüstülənmə müşahidə olunur.

Bu barədə İnform.az-a ETSN-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, lokallaşdırılan ərazilərdə olan yanğının və tüstülənmənin tam qarşısını almaq istiqamətində işlər davam etdirilir, çətin keçilən ərazilərə texnika da cəlb olunub.

Xatırladaq ki, 05 iyul 2018-ci il tarixində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyiçətin keçilən dağlıq ərazidə yanğın hadisəsi baş verib.Havaların anomal isti və quru keçməsi, həmçininküləkli olması yanğının tam söndürülməsində çətinlik yaradıb.

Yardımlı rayonunda baş vermiş yanğın lokallaşdırılıb-


Yardımlı rayonunda baş vermiş yanğın lokallaşdırılıb-


İnform.az


Baxış sayı: 18