Sosial
06.07.2018 / 13:34

Sabah havanın temperaturu aşağı enəcək, leysan... XƏBƏRDARLIQ

Sabah havanın temperaturu  aşağı enəcək, leysan...
İyulun 07-dən 08-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnform.az-a verilən məlumata görə, Azərbaycan rayonlarında iyulun 7-dən 8-i axşamadək qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi, ayrı-ayrı şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

İnform.az

Baxış sayı: 36