Dünya
06.07.2018 / 11:33

Dünya şöhrətli model intihar edib

Dünya şöhrətli model intihar edib
Uzun müddətdir depressiya, stress və alkoqoldan əziyyət çəkən fünya şöhrətli model Monika MakDermott 12 yaşlı oğlu tərəfindən evində ölü tapılıb.

İnform.az oxu.az-a istinadən xəbər verir ki, 44 yaşlı model yaşadığı şöhrət dolu günlərin sona yetməsindən sonra spirtli içkilərə sığınıb.

Ancaq spirtli içkilər ona kömək etməyib. Hadisədən öncə oğlu əlindəki şampan şüşəsini aldıqdan sonra Monika otağına gedib və özünü asıb.

Anasını otaqda huşsuz vəziyyətdə tapan oğlu təcili yardım çağırıb. Günlərlə reanimasiyada qalan MakDermott isə sağ qala bilməyib.

Ədliyyənin verdiyi açıqlamada bildirilir ki, Monikanın qəsdən özünü öldürməsi ilə bağlı əllərində yetəri qədər dəlil yoxdur.

İnform.az

Baxış sayı: 447