Sosial
05.07.2018 / 15:25

Maqnit qasırğası olacaq- XƏBƏRDARLIQ

Maqnit qasırğası olacaq-
İyulun 23-ü Yer kürəsində beş ballıq şkala ilə birinci dərəcəli maqnit qasırğası baş verəcək.

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, bununla əlaqədar iyulun 15-i, 20-i və 22-i Yerin maqnit qatı həyəcanlaşması gözlənilir.

Qeyd olunur ki, birinci dərəcəli maqnit qasırğaları kosmik aparatların fəaliyyətinə cüzi təsirlər göstərəcək.

Bundan əvvəl 2018-ci ildə maqnit qasırğaları iyunun 28-i və mayın 6-7-i Yeri əhatə edib. Ən güclü maqnit qasırğası isə aprelin 20-i qeydə alınıb.

İnform.az

Baxış sayı: 27