Sosial
05.07.2018 / 14:19

"Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb"- Tanrıverdi Mustafayev

"Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb"-
"Bu gün səhər saatlarında Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində baş vermiş yanğın elektrik enerjisi paylayan şəbəkələrə təsir etməyib."

İnform.az-ın xəbərinə görə, bunu özəl olaraq Trend-ə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi səhər saatlarında Mingəçevirdə “Azərbaycan İES”in ərazisində yanğın baş verməsi barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub. Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnform.az

Baxış sayı: 28