Hadisə
05.07.2018 / 13:18

Yardımlıda meşə yanğını ilə bağlı ETSN-nin MƏLUMATI

Yardımlıda meşə yanğını ilə bağlı ETSN-nin
İyulun 05-də gecə saat 03 radələrində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi Yardımlı rayonunun Bərican kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə başlayan yanğının söndürülməsi üçün operativ tədbirlər görülür, yanğın lokallaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İnform.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin Regional Meşə Təsərrüfatı Mərkəzlərinin və FHN-nin Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib.

Yanğın 1 hektar ərazini əhatə edir. Ərazidəki quru ot örtüyü və xırda kollar yanıb.

ETSN əhalini meşədə istirahət edərkən məsuliyyətli, odla ehtiyatlı olmağa, xüsusilə havaların isti keçməsi ilə əlaqədar yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırır. Əks halda baş vermiş yanğın qarşısıalınmaz nəticələrə səbəb olar, meşə örtüyünə ciddi ziyan dəyər.

İnform.az

Baxış sayı: 29