Hadisə
05.07.2018 / 13:10

Mingəçevirdə “Azərbaycan İES” MMC-nin ərazisində yanğın baş verib

Mingəçevirdə “Azərbaycan İES” MMC-nin ərazisində yanğın baş verib
Bu gün saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.

İnform.az FHN-nin Mətbuat xidmətinin məlumatına istinadın xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.

Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub.

Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnform.az

Baxış sayı: 27