Hüquq
28.07.2015 / 11:18

DYP rəisi işdən çıxarılıb

DYP  rəisi işdən çıxarılıb

Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi olub. Verilən xəbərə görə, Nizami rayon dövlət yol polisi (DYP) şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fail Quliyev vəzifəsindən azad edilib.
F.Quliyev Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) yüksək vəzifəyə təyinat alıb.
Qeyd edək ki, F.Quliyev daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyevin qardaşıdır.

İnform.az

Baxış sayı: 517