Dünya
19.06.2015 / 08:34

TBMM yeni tərkibdə ilk iclasa hazırlaşır

TBMM yeni tərkibdə ilk iclasa hazırlaşır

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) iyunun 23-də yeni tərkiblə ilk iclasını keçirəcək. Türkiyə qanunvericiliyinə görə, parlamentin ilk iclası ən yaşlı deputatın sədrliyi ilə baş tutacaq. Ən yaşlı deputat Cümhuriyyət Xalq Partiyasından olan deputat Dəniz Baykaldır. Parlamentin birinci iclasında Türkiyə Böyük Millət Məclisi sədrliyinə namizədlər irəli sürüləcək.

TBMM-ə sədr seçkisi ilə bağlı birinci səsvermə iyunun 28-də olacaq.

Xatırladaq ki, iyunun 7-də TBMM-ə keçirilmiş növbəti seçkilərin nəticələrinə görə, Ədalət və İnkişaf, Cümhuriyyət Xalq, Millətçi Hərəkat və Xalqların Demokratik partiyaları yeni parlamentdə təmsil olunurlar. Hakim Ədalət və İnkişaf Partiyası 258 mandatla yeni parlamentdə çoxluq təşkil edir.

Baxış sayı: 319