Mədəniyyət
05.07.2018 / 11:58

Nazirlikdə yeni kadr TƏYİNATLARI

Nazirlikdə yeni kadr
Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda şöbə müdiri və nazirin müşaviri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Bu barədə İnform.az-a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirin müvafiq əmrinə uyğun olaraq, yeni yaradılan Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri vəzifəsi Azadə Hüseynovaya havalə olunub.

Digər əmrlərlə Yaşar Əliyev, Aydın İsmiyev və Vüqar Şahinzadə nazirin müşavirləri təyin olunublar.

Qeyd edək ki, nazirliyin Aparatının yeni strukturunun formalaşmasında ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.

İnform.az

Baxış sayı: 27