Baş xəbər, Sosial
05.07.2018 / 09:39

Bu yollarda rənglənmə işləri aparılır- SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

Bu yollarda rənglənmə işləri aparılır-
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə səhər saatlarından Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun, Sumqayıt dairəsidən H.Z. Tağıyev qəsəbəsi istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır. Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

İnform.az AAYDA və BNA-nın birgə məlumatına istinadən bildirir ki, bundan başqa bu gün axşam saat 23:00-dan etibarən Z.Bünyadov prospektinin, 20 yanvar dairəsindən, Koroğlu metrosu istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

İnform.az

Baxış sayı: 23