Elm-təhsil
04.07.2018 / 17:31

HORİZON 2020 layihəsinin qalib- Canməmməd Rüstəmov

HORİZON 2020 layihəsinin qalib-
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, f-r.ü.f.d., dosent Canməmməd Rüstəmovun təqdim etdiyi layihə Avropa Birliyinin ən böyük qrant layihəsi olan HORİZON 2020-nin qalib layihələrindən biri olub.

Rəsədxananın ictimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, HORİZON 2020 layihəsinin 80 milyard avro fondu var və Avropa Birliyi tərəfindən maliyələşdirilir.

HORİZON 2020 çərçivəsində elmi, elmi-texniki, tibb, ərzaq təhlükəsizliyi və s. sahələrdə olan layihələr Avropanın nüfuzlu mütəxəssisləri tərəfindən qiymətləndirilir.

C.Rüstəmovun təqdim etdiyi layihəyə ayrılan pulun miqdarı 10 ölkədən olan layihələrə ayrılan pulun miqdarına görə dördüncü yerdədir.

Alimin təqdim etdiyi layihədə O spectral sinfinə mənsub olan massiv ulduzların və Volf-Raye tipli ulduzların 4 il müddətində 10 ölkədən olan astronomlarla birgə tədqiqi nəzərdə tutulur.

Bu tədqiqatlar zamanı müxtəlif ölkə astronomlarının hal-hazırda istifadə etdiyi, uzun illər sınanılmış üsullardan istifadəolunacaq. Elmi tədqiqatlar zamanı bütün ölkələrdən olan astronomların sınaqdan keçmiş eyni üsulu tətbiq etməsi, alınmış nəticələrin etibarlılığını artıracaq və bu nəticələrin dünya astronomları tərəfindən etibarlı nəticələr kimi qəbul olunmasına səbəb olacaq.

Bu amil elmi tədqiqatlarda mühüm əhəmiyyət kəsb edən amildir.

Layihənin icrasına 2019-cu ilin yanvarında başlanacaq.

Bu tarixdən başlayaraq ŞAR-ın əməkdaşları layihədə göstərilən ölkələrə ezam olunacaq, eləcə də həmin ölkələrdən olan əməkdaşların ŞAR-a gəlişi gözlənilir.

İnform.az

Baxış sayı: 625