Sosial
04.07.2018 / 16:32

Dağ çaylarında sel, qısamüddətli daşqın olacaq- XƏBƏRDARLIQ

Dağ çaylarında sel, qısamüddətli daşqın olacaq-
Bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra iyulun 05-i axşamdan 09-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnform.az-a verilən məlumata görə, havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Azərbaycan rayonlarında iyulun 05-i gündüzdən 09-dək qərb küləyinin ayrı-ayrı yerlərdə güclənəcəyi, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək.

Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.


İnform.az

Baxış sayı: 105