Dünya
04.07.2018 / 15:28

“Pul kisəsi deyilik” - Trampdan Avropaya təzyiq

“Pul kisəsi deyilik” -
"Amerika dünyanın pul kisəsi olmayacaq..."

İnform.az teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp gələn həftə baş tutacaq NATO-ya üzv dövlətlərin liderlərinin toplantısında bu fikrini rəsmən bəyan edəcəyini açıqlayıb.

Tramp Qərbi Virciniyaya uçarkən, təyyarədə jurnalistlərə açıqlama verən Ağ Evin sözçüsü Hoqan Gridley prezidentin mövqeyini açıqlayıb.

“Prezident bu toplantılara Amerika xalqını qorumaq, müttəfiq və ortaqlarımızla çiyin-çiyinə durmaq məqsədilə gedəcək. Ancaq daha əvvəllər dediyi kimi, Amerika dünyanın pul kisəsi olaraq görünür. Artıq buna son qoyulmalıdır”, - Ağ Evin sözçüsü deyib.

Analitiklər isə hesab edirlər ki, bununla Prezident Tramp NATO-dakı müttəfiqlərinə hərbi xərcləri artırmaq məqsədilə təzyiqlər edir.

İnform.az

Baxış sayı: 26