Sosial
04.07.2018 / 13:15

Bakı metrosu yenidən sərnişinlərin İXTİYARINDA

Bakı metrosu yenidən sərnişinlərin
Ötən gün axşam saatlarından fəaliyyətini dayandıran "Bakı Metropoliteni" işini bərpa edib.

İnform.az Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, artıq bu gün saat 13:00-dan başlayaraq sərnişinlər metrodan istifadə edə biliblər.

Qeyd edək ki, dünən elektrik enerjisinin kəsilməsi nəticəsində "Bakı Metropoliteni" QSC-nin işində problem yaranmışdı.

Bununla əlaqədar metrodakı bütün sərnişinlər təxliyə edilmişdi.

Bu gün səhər "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov elektrik enerjisi tam təmin edilənə qədər metro sinaq rejimində çalışacaöını bildirmişdi.

İnform.az

Baxış sayı: 26