İqtisadiyyat
04.07.2018 / 11:09

Habil Məmmədov vəzifəsindən azad edilib

Habil Məmmədov vəzifəsindən azad edilib
Vergilər Nazirliyində ciddi kadr dəyişiklikləri olub.

İnform.az nazırlikdən verilən məlumata istinadən bildirir ki, vergilər nazirinin müşaviri Habil Məmmədov vəzifəsindən azad edilib.

Bundan başqa Nazirlikdə çoxlu yerdəyişmələr və təyinatlar aparıldığı bildirilib.

Kadr islahatlarının Vergilər Nazirliyinin yeni strukturunun fəaliyyətə başlaması ilə əlaqədar olduğu bildirilir.

Məlumata görə, Ülvi Mansurov Rəqəmsal Texnologiyalar Departamentinə rəhbər təyin olunub. Bundan başqa, Vergi Auditi Departamentinə Camal Qasımov, Vergi Ödəyicilərinə Xidmət Departamentinə Elçin Məmmədov, Dövlət Qeydiyyatı və Uçota Nəzarət Departamentinə Ələkbər Məmmədov baş direktor təyin edilib.

Samirə Musayeva isə Vergi Siyasəti və Strateji Araşdırmalar Departmentinin baş direktoru vəzifəsində qalıb.

Vergilər Nazirliyinin yeni strukturu iyulun 1-dən fəaliyyətə başlayıb.

İnform.az

Baxış sayı: 49