Sosial
04.07.2018 / 10:35

Bu ərazilərdə rənglənmə işləri aparılır- SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

Bu ərazilərdə rənglənmə işləri aparılır-
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə səhər saatlarından Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun, Sumqayıt dairəsindən H.Z.Tağıyev qəsəbəsi istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Bu barədə İnform.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

Bundan başqa, Z.Bünyadov prospektinin, 20 yanvar dairəsindən, Koroğlu metrosu istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Rənglənmə işləri gecə saatlarından başlayaraq səhər saatlarınadək davam etdiriləcək.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

İnform.az

Baxış sayı: 27