Sosial
04.07.2018 / 09:10

"Sərnişinlərdən gediş haqqı tələb edən daşıyıcılar cərimələnəcəklər"- BNA

"Sərnişinlərdən gediş haqqı tələb edən daşıyıcılar cərimələnəcəklər"-
Bakı Nəqliyyat Agentliyinin (BNA) tələblərinə baxmayaraq Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut avtobus sürücüləri sərnişinlərdən ödəniş tələb edir.

İnform.az-ın xəbərinə görə, bunu "Report"a paytaxt sakinləri bildiriblər.

Onların sözlərinə görə, hazırda 30, 32, 46 və 49 saylı marşrut avtobuslarında sərnişinlərdən gediş haqqı tələb olunur.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Report"a bildirib ki, tələblərə əməl etməyən daşıyıcılar cəzalanacaq: "Belə bir gündə verilən göstərişə əməl etməyən, əhalini narazı salan və işinə məsuliyyətsiz yanaşan daşıyıcı, şəxslər barəsində ən sərt tədbirlər görüləcək".

İnform.az

Baxış sayı: 97