Sosial
04.07.2018 / 08:40

"Bütün ehtiyat avtobuslar sərnişinlərə xidmətə yönləndirilib"- BNA(Foto)

"Bütün ehtiyat avtobuslar sərnişinlərə xidmətə yönləndirilib"-
Günün pik saatı olduğu üçün hazırda bütün metrostansiyaların ətrafında sərnişin sıxlığı müşahidə edilir.

BNA-nin İctimai əlaqələr və maarifləndirmə şöbəsindən İnform.az-a verilən məlumata görə, adi günlərdən fərqli olaraq sərnişinlərin daşınması yalnız müntəzəm marşrut avtobusları ilə həyata keçirildiyindən müəyyən çətinliklər müşahidə edilir.

Buna baxmayaraq Bakı Nəqliyyat Agentliyinin göstərişi ilə bütün ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb edilir.

Qurum sərnişinlərdən yaranmış müvəqqəti narahatlığı nəzərə almalarını xahiş edir.

"Bütün ehtiyat avtobuslar sərnişinlərə xidmətə yönləndirilib"-


"Bütün ehtiyat avtobuslar sərnişinlərə xidmətə yönləndirilib"-


İnform.az

Baxış sayı: 40