Sosial
04.07.2018 / 07:55

"Əhalidən mövcud vəziyyəti anlayışla qəbul etmələrini xahiş edirik"- Mais Ağayev

"Əhalidən mövcud vəziyyəti anlayışla qəbul etmələrini xahiş edirik"-
"Bakı Metropoliteni test rejimində fəaliyyət göstərdiyindən 04 iyul 2018-ci il tarixində səhər saatlarından paytaxt ərazisindəki bütün müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyətini davam etdirir və sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir."

Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev İnform.az-a açıqlamasında bildirib.

"Hazırda bütün metrostansiyalarının ətrafında və Nəqliyyat Mübadilə Mərkəzlərində Bakı Nəqliyyat Agentliyinin mobil qrupları fəaliyyət göstərir. Bu ərazilərdən sərnişinlərin müxtəlif istiqamətlərə daşınması üçün marşrut xətləri üzrə nəqliyyat vasitələrinin sayı da artırılıb.

Zərurət olduğu halda müvafiq marşrut xətləri üzrə sərnişinlərin daşınmasını həyata keçirmək üçün Bakı Nəqliyyat Agentliyinin ərazisində ehtiyyat nəqliyyat vasitələri toplanılıb.

Əhalidən mövcud vəziyyəti anlayışla qəbul etmələrini xahiş edirik", - deyə o bildirib.

İnform.az

Baxış sayı: 169