Maqazin
04.07.2018 / 07:40

"Bədən quruluşum Sibel Canla eynidir"- Xatirə İslam

"Bədən quruluşum Sibel Canla eynidir"-
"Heç vaxt arzulamadım qızım olsun, xoşum gəlmir. Onun böyüdüyü vaxt qocalığıma düşəcək, onunla məşğul ola bilməyəcəm..."

İnform.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Hər şey daxil" verilişində deyib.

İfaçı bildirib ki, ailəsinə görə heç nəyi qurban verməyib:

"Ailəmə görə heç nəyi qurban vermədim. Öz sənətimdəyəm, işimdəyəm. Çəkilişlərə də, işlərimə də, salona da gedirəm".

Xatirə "Oğluna müğənni qız alarsan?” sualını isə belə cavablandırıb:

“Zəmanə dəyişib... Alaram, amma o qızı çox yoxlayaram. Xasiyyətim başqadır. Hər zaman mübahisə aparırdım ki, niyə deyirsiz, almaram. Biz sənətimizi əskildə bilmərik. Amma o qədər çətinliklər var ki... İstəmərik bu çətinliklərdən keçək”.

Xatirə daha sonra bədən quruluşundan da söz açaraq özünü Sibel Cana bənzədib:

“Bədən quruluşum Sibel Canla eynidir. İstədiyim geyimləri geyinə bilmirəm. Allah bilir kimə nə edir. Yaxşı ki, arıq deyiləm. Yoxsa çox şeylər edərdim”.

İnform.az

Baxış sayı: 1729