Dünya
04.07.2018 / 07:25

Gürcüstan-Rusiya sərhədində böyük tıxac...

Gürcüstan-Rusiya sərhədində böyük tıxac...
Gürcüstan-Rusiya sərhədindəki “Yuxarı Lars” nəzarət buraxılış məntəqəsində 2 minədək yük avtomobili dayanıb.

İnform.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Nəzarəti Departamenti məlumat yayıb.

Məlumatda bildirilir ki, yük avtomobillərinin böyük əksəriyyəti Ermənistana məxsusdur. Bununla yanaşı, sərhəd keçid məntəqəsində Azərbaycan, Türkiyə, Ukrayna və İrana gedən yük avtomobilləri də var.

Departamentin məlumatına görə, sərhəd keçid məntəqəsində məhdudiyyətlər Rusiya tərəfindən tətbiq edilir. Məntəqədə 24 saat ərzində 500 yük maşını buraxıla bilər. Lakin təqribən 250 maşın buraxılır. Rusiya tərəfi əsasən minik avtomobillərinə xidmət göstərir. Bu da müəyyən problemlər, tıxaclar yaradıb.

Yük avtomobillərində əsasən kənd təsərrüfatı və ərzaq məhsulları var.

Hazırda məntəqədə avtomobillərin buraxılışının sürətləndirilməsi ilə əlaqədar Rusiya tərəfi ilə danışıqlar aparılır.

İnform.az

Baxış sayı: 27