İdman, Hüquq
03.07.2018 / 16:00

Azərbaycan polisinin 100 illiyinə həsr olunan yarışlara yekun vurulub- FOTO

Azərbaycan polisinin 100 illiyinə həsr olunan yarışlara yekun vurulub-
Ölkəmizdə sabitliyin, əmin-amanlığın yaradılmasında böyük fədakarlıqlar göstərmiş, hər zaman xalqın və dövlətin müdafiəsi üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə xalqın etimadını qazanan Azərbaycan Polisi özünün 100 illik yubileyini alnıaçıq, üzüağ qarşıladı.

Bu münasibətlə DİN İdman Cəmiyyətində yeniyetmə və gənclər arasında keçirilənsilsilə tədbirlərə artıq yekun vurulub.

DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya vəAvropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova Azərbaycan polisinin ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq qaldığını bildirib və bunun daxili işlər orqanlarının əməkdaşları üçün ən böyük şərəf və qürur mənbəyi olduğunu diqqətə çatdırıb.

Silsilə tədbirlər çərçivəsində iyunun 28-də keçirilən cüdo yarışındaxarici ölkələrin təmsilçiləri də daxil olmaqla ümumilikdə 200 idmançı qələbə uğrunda mübarizə aparıb.

İyunun 30-da isə karate-do üzrə yeniyetmələr və gənclər arasında növbəti birincilik keçirilib.Birincilikdə müxtəlif çəki dərəcələri üzrə 100-ə yaxın idmançı öz gücünü sınayıb.

Tədbirlərin sonuncu günü- iyulun 1-də kikboksinq üzrə yeniyetmələr və gənclər arasındabirincilik keçirilib.

Birincilikdə 7 komandadan müxtəlif çəki dərəcələri üzrə 220 idmançı baş mükafat uğrunda mübarizəyə qatılıb.

Komanda hesabında DİN İdman Cəmiyyəti ilk pillədə, Oreon İdman Klubu ikinci və Xaçmazdan olan kikboksçular üçüncü pillədə qərarlaşıblar.

İdman Cəmiyyəti İdmanın təşkili bölməsinin əməkdaşı, əməkdar məşqçi Hikmət Hacıyev yarışın həm də yeniyetmələr və gənclər arasında vətənpərvərlik və mübarizlik ruhunu yüksəltmək, perspektivli idmançıları müəyyən etmək və onların yarış təcrübəsini artırmaq, o cümlədən idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək məqsədi daşıdığını bildirib.

Cəmiyyətin İdman təlimi şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlyas Siracov bildirdi ki, tarix boyu insanlarda vətənə məhəbbət, milli qürur hissləri, xeyirxahlıq aşılayan idman güclü təsir imkanına malik olmaqla dövlətin hərtərəfli inkişafında, dünya miqyasında tanınmasında mühüm rol oynayan təbliğati-siyasi vasitədir. İdman və bədən tərbiyəsi müasir dünyamızda fiziki və mənəvi tərbiyənin mühüm vasitələrindən biri hesab olunur.

Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.

Azərbaycan polisinin 100 illiyinə həsr olunan yarışlara yekun vurulub-


Azərbaycan polisinin 100 illiyinə həsr olunan yarışlara yekun vurulub-


Azərbaycan polisinin 100 illiyinə həsr olunan yarışlara yekun vurulub-


Azərbaycan polisinin 100 illiyinə həsr olunan yarışlara yekun vurulub-


Azərbaycan polisinin 100 illiyinə həsr olunan yarışlara yekun vurulub-


Azərbaycan polisinin 100 illiyinə həsr olunan yarışlara yekun vurulub-



Zeyni Hüseynov/DİN Mətbuat xidmətinin əməkdaşı

Baxış sayı: 26