Mədəniyyət
03.07.2018 / 16:00

Azərbaycan bəstəkarları müsabiqədə qalib olublar- FOTO

Azərbaycan bəstəkarları müsabiqədə qalib olublar-
Ukraynada British Council və Dovjenko kino mərkəzinin dəstəyi ilə kino bəstəkarları üçün müsabiqə keçirilib.

Bu barədə İnform.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ukraynanın tanınmış bəstəkarı Alla Zaqaykeviç və Britaniyalı bəstəkar Maykl Prays hələ bu ilin fevralında həm ustad dərsləri keçib, həm də müsabiqədə iştirak edəcək bəstəkarların yazdıqları musiqi parçaları ilə tanış olublar. “Envision Sounds” adlanan müsabiqəyə MDB ölkələrindən 50-yə yaxın bəstəkar müraciət edib vəqaliblər arasında 13 nəfər Azərbaycan bəstəkarı da var. Qaliblər xüsusi təhsil və inkişaf proqramında ıştirak edəcəklər.

Beş bəstəkar Ukraynanın Kiyev və Odessa şəhərlərində keçirilən 8-ci “Səssiz gecələr” festivalına dəvət alıb.

Həmyerlimiz Azər Hacıəsgərlidə onların sırasındadır. Həmyerlimiz britaniyalı rejissor Entoni Askvitin 1928 ci ildə çəkdiyi “Yeraltı” (Undergound) filminə musiqi yazmaqla, necə deyərlər ona yeni nəfəs verib.

Film tamaşaçılara təqdim olunub və alqışlarla qarşılanıb.

Azərbaycan bəstəkarları müsabiqədə qalib olublar-


Azərbaycan bəstəkarları müsabiqədə qalib olublar-


Azərbaycan bəstəkarları müsabiqədə qalib olublar-


Azərbaycan bəstəkarları müsabiqədə qalib olublar-


İnform.az

Baxış sayı: 28