Sosial
02.07.2018 / 11:10

ETSN-nən daha bir cərimə- 3000 manat

ETSN-nən daha bir cərimə-
Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunması yoxlamaq məqsədilə reyd keçirilib.

ETSN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, reyd zamanı Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 32 ünvanında diametri 4-8 sm olan 2 Aylant və diametri 10 sm olan 1 söyüd ağacının kəsildiyi aşkar edilib. Araşdırma zamanı ağacları Bakı şəhər sakini Orduxan Bəylərov tərəfindən kəsildiyi və təbiətə 900 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimə olunub.

Eyni zamanda Suraxanı rayonu, A-B yaşayış massivindəağac köçürülməsi faktı aşkar edilib. Araşdırma zamanı Eldar şamı ağacınınBakı şəhər sakini Sənan Rəhimov tərəfindən Dövlət Ekspertiza İdarəsinin müvafiq rəyi olmadanqanunsuz köçürüldüyü və təbiətə 900 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati xətalar Məcəlləsinə əsasən 3000 manat məbləğində cərimə olunub.

İnform.az

Baxış sayı: 30