Sosial
30.06.2018 / 13:05

Sabah hava yenə- 41 dərəcə

Sabah hava yenə-
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnform.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq. Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 23-27° isti, gündüz 37-41° isti, Bakıda gecə 25-27° isti, gündüz 38-40° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 50-60 %, gündüz 20-30 % olacaq.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

İnform.az

Baxış sayı: 38