Maqazin
30.06.2018 / 13:40

Ruhi Əliyevanın yeni layihəsi- “News24.az”

Ruhi Əliyevanın yeni layihəsi-
Trombosit purpura xəstəliyindən əziyyət çəkən Murad Nuriyev üçün xeyriyyə konserti keçirilib.
İnform.az publika.az-a istinadən xəbər verir ki, dünən Malakan bağında keçirilən konsertdə incəsənət və media nümayəndələri iştirak edib.

Tədbirin aparıcıları Zümrüd Bədəlova və Arzu Həmzəyeva olub. Konsertə Günay İbrahimli, Roza Zərgərli, Sevil-Sevinc Səfərova bacıları, Emil Bədəlov, skripkaçı Səlim, Rahidə Baxışova, Samirə Əfəndi və başqaları çıxış edib. Tədbirdə ümumilikdə 5 min manata yaxın pul yığılaraq M. Nuriyevin ailəsinə verilib.

Xeyriyyə konsertində “Liatris” Holdinqin tərkibinə daxil olan “News24.az” xəbər portalının açılışı da elan olunub.

Qeyd edək ki, adıçəkilən holdinqin rəhbəri Ruhi Əliyevadır.

“News24.az” xəbər portalının redaktoru tanınmış jurnalist Türkan Məmmədlidir.

İnform.az

Baxış sayı: 514