Hadisə
30.06.2018 / 12:36

“Gəncəli" mahnısnı yarıda kəsənlərin qanını tökdü- Təfərrüat

“Gəncəli" mahnısnı yarıda kəsənlərin qanını tökdü-
Bakıda qəsdən adam öldürməyə cəhd və xuliqanlıqda təqsirli bilinən 1999-cu il təvəllüdlü Fərhad Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İnform.az teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Fərhad Quliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il fevralın 14-də gecə saatlarında Mərdəkan qəsəbəsində yerləşən “Anar” kafesində baş verib. Avtoyuma məntəqəsində işləyən dostları ilə kafeyə şənlənməyə gələn Fərhadın bıçağa əl atmasına səbəb isə yan masada əyləşən müştərilərin onların sifariş etdikləri mahnını yarıda kəsdirib və başqa musiqi sifariş etmələri olub.

Üstəlik, özlərindən yaşca qat-qat kiçik olan Fərhadla dostlarını da onlarla birgə rəqsə dəvət ediblər. Əsl həngamə də bundan sonra qopub.

İnsident zamanı Fərhad bıçaq çıxararaq iki nəfərə – 34 yaşlı Şamo Nəsirova və davaya müdaxilə edən 39 yaşlı Anar Əliyevə zərbələr endirib.

Müəyyən edilib ki, Şamo və Anar “Bakılı balasıyam" müsiqisini sifariş ediblər. Rəqs edən dostlar Fərhadı rəqsə dəvət ediblər. Amma Fərhad onların sifarş verdiyi musiqi ilə oynamayacağını, özü “Gəncəli” mahnısı ilə rəqs edəcəyini deyib.

Bu zaman Gəncədən paytaxta işləməyə gələn və tikintidə fəhələik edən Fərhadla mərdəkanlı olan Şamo və Anarla mübahisə ediblər.

Onların mübahisəsi qanlı olayla nəticələnib.

İnform.az

Baxış sayı: 103