Hüquq
29.06.2018 / 12:35

Azərbaycan polisinin 100 illiyinə həsr olunan yarış keçirilib- FOTO

Azərbaycan polisinin 100 illiyinə həsr olunan yarış keçirilib-
Goranboy Rayon Polis Şöbəsinin və rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Goranboy rayon Xanqərvənd kənd orta məktəbində cüdo üzrə rayonlararası zona çempionatı keçirilib. Çempionatda Goranboy, Ağdam, Bərdə, Naftalan və Mingəçevir şəhər və rayonlarından ümumilikdə 120-dən çox yeniyetmə idmançılar iştirak edib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan İnform.az-a verilən məlumata görə tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirildikdən sonra respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra iştirakçıları salamlayan Goranboy rayon Gənclər və İdman idarəsinin rəisi Elşad Həsənov yarışın Azərbaycan Polisinin 100 illiyinə həsr olunduğunu vurğulayaraq polis əməkdaşlarını təbrik edib, onlara bu çətin və şərəfli xidmətdə uğurlar arzulayıb.

Goranboy rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev çıxışında müstəqil Azərbaycanın sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsi dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ictimai-siyasi sabitliyə əsaslandığını qeyd edib.

Polis polkovniki bildirib ki, məhz bu sabitlik nəticəsində mürəkkəb geosiyasi-coğrafi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla irəliləyən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan dövlət imicini daha da möhkəmləndirib. Daxili İşlər Nazirliyi, onun ayrı-ayrı strukturları üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməklə cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutur, vətəndaşların azad və təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təmin olunması sahəsində zəruri tədbirləri həyata keçirirlər. Dövlətinə, xalqına və prezidentinə yüksək sadiqlik nümayiş etdirən, qanunçuluğun keşiyində ləyaqətlə dayanan daxili işlər orqanları üzərlərinə düşən çətin və məsuliyyətli missiyanı əzmkarlıqla davam etdirirlər.

Daha sonra yarışlara start verilib. İki yaş kateqoriyası arasında gərgin keçən yarışlarda qalib gələn cüdoçulara diplom və medallar təqdim olunub. Bundan başqa RPŞ rəhbərliyinin təşəbbüsü ilə “Tamaşaçı rəğbəti qazanan”, “Ən əzimkar iştirakçı” və “Ən texnikalı döyüşçü” nominasiyaları üzrə bir neçə iştirakçıya diplom və qiymətli hədiyyələr verilib. Məqsəd yeniyetmə cüdoçuları həvəsləndirmək, onlara qələbəyə gedən yolun əzimkarlıqdan, yüksək idman texniksından ibarət olduğunu aşılamaqdır.

Azərbaycan polisinin 100 illiyinə həsr olunan yarış keçirilib-


Azərbaycan polisinin 100 illiyinə həsr olunan yarış keçirilib-


Azərbaycan polisinin 100 illiyinə həsr olunan yarış keçirilib-


Azərbaycan polisinin 100 illiyinə həsr olunan yarış keçirilib-


Azərbaycan polisinin 100 illiyinə həsr olunan yarış keçirilib-


Azərbaycan polisinin 100 illiyinə həsr olunan yarış keçirilib-


İnform.az


Baxış sayı: 246