Hüquq
29.06.2018 / 11:30

Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Mayın 15-də Samux rayonunun Qarabağlar kəndi ərazisindəki artezian quyusuna nəzarət edən gözətçi otağına atəş açılması barədə DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə daxil olmuş məlumatla əlaqədar dərhal Samux Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, araşdırmalarla həmin gün kənd sakinlərinə məxsus əkin sahəsində artezian quyusuna nəzarət edən Elsevər Qurbanovun olduğu gözətçi otağına gələn Adil Beybudovun ov tüfəngindən bir neçə dəfə otaq istiqamətində atəş açdığı müəyyən edilib.

Qırmalardan biri E.Qurbanovla birgə otaqda olan Çobanabdallı kənd sakini, əvvəllər məhkum olunmuş Elsevər Kazımovun boyun nahiyəsinə dəydiyindən o, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29.120-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Behbudov saxlanılaraq istintaqa təhvil verilib.

İnform.az

Baxış sayı: 181