Dünya
29.06.2018 / 09:00

Ağ Ev Trampın Putinlə görüşdən gözlətilərini açıqlayıb

Ağ Ev Trampın Putinlə görüşdən gözlətilərini açıqlayıb
ABŞ prezidenti Donald Tramp ümid edir ki, onun Rusiya prezidenti Vladimir Putin ilə görüşü münasibətlərdə gərginliyi azaldacaq və konstruktiv qarşılıqlı fəaliyyətə gətirib çıxaracaq.

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, bu barədə Ağ Evin nümayəndəsi Lindsi Uolters bildirib.

L.Uolters deyib: "Bildiyiniz kimi prezident Tramp və prezident Putin ABŞ və Rusiya münasibətlərini, bir sıra milli təhlükəsizlik məsələlərini müzakirə etmək üçün iyulun 16-sı Helsinkidə görüşəcək".

Ağ Evin nümayəndəsi əlavə edib ki, Tramp Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilə etmədiyindən əmindir.


İnform.az

Baxış sayı: 43