Azərbaycan Ordusu genişmiqyaslı təlimlər keçirəcək

MN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.
Təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.
Kəskin kəsişən ərazi və mürəkkəb dağlıq relyef, həmçinin radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunların və atəş vasitələrinin idarə olunması, eləcə də şərti düşmənin müxtəlif diversiya fəaliyyətlərinə qarşı taktiki epizodlar icra ediləcək.
Təlimlərdə Azərbaycan Ordusunun silahlanmasına yeni qəbul edilmiş ən müasir silah növlərinin və hərbi texnikanın tətbiqi ilə müxtəlif poliqonlarda döyüş atışlarının keçirilməsi nəzərdə tutulub.
İnform.az
Baxış sayı: 104

Digər xəbərlər:

“Genişmiqyaslı təlimlər Azərbaycan Ordusunun əməliyyat və döyüş hazırlığınd ...
16 mart / 16:42
Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi keçirilib -
15 mart / 17:11
Raket və Artilleriya Qoşunlarının silah və hərbi texnikası atəş mövqelərinə ...
14 mart / 15:26
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
12 mart / 11:19
Azərbaycan Ordusu genişmiqyaslı təlimlər keçirəcək
09 mart / 12:37
Silahlı Qüvvələrimiz genişmiqyaslı təlimlər keçirəcəklər
16 iyun / 10:51
Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi icra olunub-
20 aprel / 15:30
Zakir Həsənovun rəhbərlik etdiyi iri miqyaslı təlim başladı
20 iyun / 11:12
Azərbaycan ordusu 25 min hərbçinin iştirakı ilə operativ-taktiki təlimlər ...
17 iyun / 14:01
Azərbaycan Ordusu irimiqyaslı təlimlərə başlayıb
06 sentyabr / 12:31